Modern.az

ABŞ prezidenti Venesuelaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Venesuelaya qarşı sanksiyaların müddətini uzadıb

Dünya

6 Mart 2019, 00:44

ABŞ prezidenti Donald Tramp Venesuela Bolivar Respublikasına qarşı sanksiyaların müddətini uzadıb. Modern.az xəbər verir ki, bu barədə Ağ evin yaydığı məlumatda bildirilir.

 

“Venesuelada vəziyyət ABŞ-ın təhlükəsizliyinə və xarici siyasətinə ciddi təhdid olaraq qalmaqdadır. Bu səbəbdən də Venesueladakı situasiya ilə bağlı fövqəladə vəziyyət rejimini uzatmağı vacib hesab edirəm”, - Trampın imzaladığı memorandumda deyilir.

 

Sənəd 2015-ci ilin martında Obama Administrasiyası tərəfindən Venesuelaya qarşı tətbiq olunmuş sanksiyanın müddətinin uzadılmasını nəzərdə tutur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı