Modern.az

Gürcüstan da ənənəvi təhsilə qayıdır

Gürcüstan da ənənəvi təhsilə qayıdır

Dünya

8 Sentyabr 2021, 16:10

Gürcüstan məktəblərində birinci siniflərin ilk dərs günü sentyabrın 15-də deyil, oktyabrın 4-də əyani formatda başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, yeni qərar yalnız tədrisin başlayacağı dövrdə yoluxma nisbətinin 4 faizdən aşağı olacaq şəhər və kəndlərə şamil ediləcək.

 

“Bu qərar birinci sinif şagirdlərinin ilk məktəb təcrübəsinin sinif yoldaşlarının və müəllimlərin əhatəsində sinif mühitində aparılması lazım olan pedaqoji rəyə əsaslanır”, - deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi