Modern.az

Nazir ağladığını ETİRAF ETDİ

Nazir ağladığını ETİRAF ETDİ

Dünya

6 Noyabr 2021, 08:59

Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu  AKP –nın 2019-cu ildə keçirilən İstanbul seçkilərində uduzan  zaman yaşadığı hissləri açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Soylu seçkiləri uduzduqlarını biləndə ağladığını etiraf edib.

 

Nazir bu etirafı ilk dəfə etdiyini xüsusi olaraq qeyd edib:

 

“Bunu ilk dəfə burada deyirəm. İstanbul seçkisini uduzanda ağladım. Səbəb isə budur: İstanbul bizim sevgilimizdir, cəmiyyətin sevimlisidir. İstanbul təkcə istanbulluların sevdiyi şəhər deyil. Hamının sevdiyi, hər kəsin  həsəd apardığı bir şəhərdir. Bizim bu şəhərə xidmətlərimiz olmalıdır”.

 

Nigar Adil

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!