Modern.az

Sosial şəbəkələrdə nasazlıq yarandı

Sosial şəbəkələrdə nasazlıq yarandı

Dünya

19 Noyabr 2021, 22:51

Dünyanın bir sıra ölkələrində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri platformaların işində nasazlıq yarandığını bildiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

 

ABŞ-dan olan istifadəçilər əsasən  “Facebook” və “Instagram”ın işindəki problemlərdən narazılıq edir. Almaniyada “Instagram” və “WhatsApp”, Niderlandda “WhatsApp”, Böyük Britaniyada isə “Instagram”ın işində fasilələr müşahidə olunur. Hər üç xidmətin nasazlığı barədə Fransa, İtaliya, İspaniya, Rusiya və digər ölkələrdən bildirilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!