Modern.az

Makron Putinlə DANIŞACAQ

Makron Putinlə DANIŞACAQ

Dünya

19 Fevral 2022, 08:14

Fransa Prezidenti Emmanuel Makron bazar günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.

 

Məlumata əsasən, bir gün əvvəl, şənbə günü E.Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

 

E.Makronun administrasiyasından bildiriblər ki, Avropa qitəsində təhlükəsizlik sahəsində sabitliyi pozacaq qarşıdurmadan yayınmaq üçün hər fürsətdən istifadə edilməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!