Modern.az

Zelenski Kiyev aeroportunda müşavirə keçirdi

Zelenski Kiyev aeroportunda müşavirə keçirdi

Dünya

20 Fevral 2022, 08:55

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Borispol aeroportunda güc strukturlarının rəhbərləri ilə müşavirə keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

 

Bildirilib ki, Zelenski müdafiə və təhlükəsizlik strukturlarının rəhbərlərinin hesabatlarını dinləyib. Prezident ordunun döyüş hazırlığı vəziyyəti barədə məlumat alıb.

 

Müşavirə iştirakçıları hadisələrin mümkün inkişaf ssenarilərini müzakirə edərək hər bir situasiya üzrə atılacaq addımları müəyyənləşdiriblər. Prezident ordunun maddi-texniki təchizatını gücləndirməyi tapşırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı