Modern.az

Almaniya "Şimal-2"nin sertifikasiyasını dayandırır

Almaniya "Şimal-2"nin sertifikasiyasını dayandırır

Dünya

22 Fevral 2022, 15:30

Almaniya hökuməti Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırır.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya kansleri Olaf Şolz açıqlayıb.

 

Şolaz Rusiyanın atdığı son addımlara görə qaz kəmərinin sertifikatlaşdırılması davam edə bilməz deyib.

 

O əlavə edib ki, dünya Rusiyanı dəstəkləmir.

 

Xatırladaq ki, Rusiya ilə Almaniya arasında boru kəməri ötən ilin sentyabrında tikilib başa çatıb. Lakin boru kəməri hələ də işləmir.


Turqay Musayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması