Modern.az

“Rusiyaya təzyiqləri davam etdirməliyik” - Türkiyə XİN

“Rusiyaya təzyiqləri davam etdirməliyik” - Türkiyə XİN

Dünya

26 Mart 2022, 22:03

Beynəlxalq ictimaiyyət Ukraynadakı müharibəyə görə Rusiyaya təzyiq göstərməyə davam etməlidir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

“Beynəlxalq birlik olaraq biz Rusiyaya təzyiq göstərməyə davam etməliyik. Ukraynanın suverenliyinə edilən bu hücum qəbuledilməzdir”, - deyə Çavuşoğlu Qətərdə keçirilən “Doha Forum” beynəlxalq konfransında qeyd edib.

 

Xatırladaq ki, bundan əvvəl Türkiyə dəfələrlə Rusiya əleyhinə sanksiyalara qoşulmayacağını bəyan edib. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması