Modern.az

Zelenskidən rus əsgərlərin analarına MÜRACİƏT

Zelenskidən rus əsgərlərin analarına MÜRACİƏT

Dünya

4 Aprel 2022, 07:59

Ukrayna Prezidenti Volodimir Zelenski Buça bölgəsində mülki insanların öldürülməsi ilə əlaqədar rusiyalı əsgərlərin analarına müraciət ünvanlayıb.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında yazıb.

 

Dövlət başçısı sosial şəbəkə hesabında Buça və Kiyev vilayətinin azad edilmiş digər şəhərlərində mülki əhalinin qarət edilməsi və öldürülməsini əks etdirən fotoşəkillər paylaşıb.

 

“Rus hərbçilərinin analarına bu fotolara baxmağı məsləhət görürəm. Görün, siz necə əclaflar yetişdirmisiniz. Onlar qatil, qarətçi və cəlladırlar”, - deyə Zelenski rus dilində yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır