Modern.az

Berlində erməni sürücü maşını insanların üstünə sürdü 

Berlində erməni sürücü maşını insanların üstünə sürdü 

Dünya

8 İyun 2022, 18:07

Almaniyanın paytaxtı Berlin şəhərində Ermənistan vətəndaşı idarə etdiyi "Renault" markalı avtomobili küçədə piyadalar üçün nəzərdə tutulan ərazidə insanların üzərinə sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın RTL telekanalı məlumat yayıb.

 

Maşın insanları əzərək kosmetika mağazasının vitrininə çırpılıb. Hadisə nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

 

Polis şübhəli şəxsi saxlayıb, istintaq başlayıb. Hadisənin terror olub-olmadığı araşdırılır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!