Modern.az

ABŞ-ın hərbi bazasına dronla hücum edildi

ABŞ-ın hərbi bazasına dronla hücum edildi

Dünya

9 İyun 2022, 00:32

İraqda amerikalı hərbi qulluqçuların yerləşdiyi bazaya hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, İraqın şimalında yerləşən Ərbil şəhərindəki hərbi bazaya zərbə endirilib. Hücumun pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi məlum olub.

 

Xəsarət alanlar barədə məlumat verilməyib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!