Modern.az

Rusiyada təyyarə qəzası - Yaralılar var

Rusiyada təyyarə qəzası - Yaralılar var

Dünya

19 İyun 2022, 22:51

Rusiyanın Tver vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Təyyarənin qəzaya uğraması faktı ilə bağlı cinayət işi açılıb.

 

Hadisə iyunun 18-də baş verib. Məlumata görə, "Zlin 142" model təyyarənin pilotu idarəetməni itirib, nəticədə təyyarə Rjev aerodromunun yaxınlığındakı meşə zolağına düşüb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!