Modern.az

Sürücüsüz avtobuslar sınaqdan keçirilir

Sürücüsüz avtobuslar sınaqdan keçirilir

Dünya

16 Avqust 2022, 22:09

Çinin Quandun əyalətinin mərkəzi olan Quanqcou şəhərində sürücüsüz sərnişin avtobusları sınaqdan keçirilib.

 

Modern.az xəbər verir ki, "WeRide" və "Yutong Group" tərəfindən hazırlanmış ağıllı nəqliyyat vasitələri şəhərdə sınaq sürüşlərinə başlayıb.

 

Vətəndaşlar avtobuslara minmək üçün mobil telefonla pulsuz qəbula yazılmaqla sınaq sürülərində iştirak edə bilərlər.

 

Sürücüsüz avtobus ağıllı sensorlar sayəsində zolaqları dəyişdirərək tıxacda irəliləyə bilir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...