Modern.az

Zelenski: “Sona qədər savaşacağıq”

Zelenski: “Sona qədər savaşacağıq”

Dünya

24 Avqust 2022, 12:06

Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü ilə bağlı xalqa müraciət edib.

 

Modern.az-ın məlumatına görə, prezident müraciətində Ukraynanın Rusiyaya qarşı sonadək mübarizə aparacağını deyib. O bildirib ki, Donbas və Krım azad ediləcək, beləliklə, müharibə Ukraynanın parlaq qələbəsi ilə başa çatacaq.

 

"Bizim ölkəmiz bütöv Ukraynadır" , - deyən Zelenski Rusiyaya güzəşt edilməyəcəyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Rusiya ordusu Ukrayna ərazisini tərk etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!