Modern.az

Meşə yanğınları Moskvaya yaxınlaşır

Meşə yanğınları Moskvaya yaxınlaşır

Dünya

24 Avqust 2022, 17:43

Rusiyanın Ryazan vilayətində meşə yanğınlarının sahəsi genişlənərək 11,7 min hektara çatıb.

 

Modern.az xəbər verir ki, yanğın artıq Moskva vilayətinə yaxınlaşır. 

 

Vladimir vilayətinin qubernatoru Yevgeni Malşevin sözlərinə görə, alov Moskva vilayətinin Şaturski rayonuna doğru irəliləyir. Yanğının söndürülməsində yanğınsöndürənlərlə yanaşı, paraşütçülər də iştirak edirlər.

 

Qeyd edək ki, avqustun 24-də Rusiya Prezidenti Vladimir Putin ölkədə meşə yanğınlarının artması ilə əlaqədar müşavirə keçirib. Regionda fövqəladə vəziyyət rejimi elan olunub.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!