Modern.az

Yunanıstan Türkiyə qırıcılarına qarşı S-300-ləri işə saldı

Yunanıstan Türkiyə qırıcılarına qarşı S-300-ləri işə saldı

Dünya

28 Avqust 2022, 13:43

Yunanıstan S-300 hava hücumundan müdafiə sistemlərindən Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının F-16 qırıcılarını Egey və Aralıq dənizlərinin beynəlxalq hava məkanında təqib etmək üçün istifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

 

Zenit-raket sistemləri tərəfindən təqibin necə həyata keçirildiyi açıqlanmır.

 

Telekanal qeyd edir ki, hadisə müttəfiqlik ruhuna uyğun gəlmir. Bu “düşmən hərəkətinə” baxmayaraq, döyüşçülər planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?