Modern.az

Türkiyə ordusu Suriyada terrorçuları məhv etdi

Türkiyə ordusu Suriyada terrorçuları məhv etdi

Dünya

9 Dekabr 2022, 11:12

Türkiyə ordusu Suriyanın şimalında daha 2 terrorçunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində məlumat yayıb.

 

Bildirilib ki, “Zeytin Dalı” əməliyyatının keçirildiyi bölgədə məhv edilən hər iki terrorçu PKK/YPG terror təşkilatına mənsub olub.

 

“Terrorçuların qaçacaqları yer yoxdur. Onlar üçün heç bir məkan təhlükəsiz deyil”, - deyə nazirlik vurğulayıb.

 

Məlumatda bundan sonra da terrorçuluğa qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyi qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-