Modern.az

Pakistanda avtobus qəzası - 13 nəfər öldü

Pakistanda avtobus qəzası - 13 nəfər öldü

Dünya

25 Fevral 2023, 09:04

Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzasında azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli polisə istinadla Sinxua agentliyi məlumat yayıb.

 

Hadisə şəhərlərarası M-5 avtomobil yolunun Rəhim-Yar-Xan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus təkərin partlaması səbəbindən aşıb, daha sonra digər avtobus və yolsuzluq avtomobili ona çırpılıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri