Modern.az

“Türkiyə gözəli” də deputat seçilib

“Türkiyə gözəli” də deputat seçilib

Dünya

15 May 2023, 19:51

Mayın 14-də keçirilən parlament seçkilərində "Türkiyə gözəli" Seda Sarıbaş da deputat seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN Türk" kanalı məlumat yayıb.

 

2014-2018-ci illərdə AKP-nin Aydın Böyükşəhər Bələdiyyəsinidə məclis üzvü, 2016-2018-ci illərdə AKP-nin Aydın təşkilatının qadın şurasının rəhbəri olan Sarıbaş 2006-cı ildə "Türkiyə gözəli" seçilib.

 

O, Qazi və Anadolu universitetlərində təhsil alıb. Aydın vilayətindən deputat seçilən Sarıbaş iki uşaq anasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-