Modern.az

Rusiya kimyəvi silahdan istifadə edə bilər - Müdafiə naziri

Rusiya kimyəvi silahdan istifadə edə bilər - Müdafiə naziri

Dünya

15 May 2023, 20:36

Ukraynanın əks-hücum əməliyyatı uğurlu olarsa və Kiyev öz ərazilərini geri ala bilsə, Rusiya kimyəvi silahdan istifadə edə bilər.

 

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

 

Parlamentdə Rusiyanın qeyri-ənənəvi silahlardan istifadə edəcəyi ehtimalından narahat olub-olmadığı barədə suala cavabında Uolles deyib ki, Böyük Britaniya hakimiyyəti və beynəlxalq ictimaiyyət gələcəyə çox ehtiyatla baxır, belə bir ssenarini istisna etmir.

 

“Biz Rusiya hərbçilərinin və prezident Putinin davranışlarına həmişə ayıq olmalıyıq”, - Uolles qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV