Modern.az

Ukraynalı general Baxmutda - VİDEO

Ukraynalı general Baxmutda - VİDEO

Dünya

21 May 2023, 22:30

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski ağır döyüşlərin getdiyi Baxmut yaxınlığındakı cəbhə xəttində yerləşən mövqelərə baş çəkib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb və bununla bağlı video paylaşıb.

 

Onun sözlərinə görə, şəhərin müdafiəsi davam edir. "Onların hər biri bizim müharibə tariximizin yeni səhifəsinin müəllifidir", - Sırski yazıb.

 

General bildirib ki, Ukrayna qüvvələri Baxmut yaxınlığındakı bəzi ərazilərdə əks-hücum əməliyyatları həyata keçirir: "Komandirlərlə birlikdə müdafiə əməliyyatını davam etdirmək üçün müzakirə etdik və lazımi qərarlar qəbul etdik".

 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi və "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Baxmutun tamamilə ələ keçirildiyini açıqlayıb. Ukrayna tərəfi məlumatı təkzib edib və döyüşlərin davam etdiyini vurğulayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV