Modern.az

Yunanıstanda parlament seçkiləri - Hakim partiya öndədir 

Yunanıstanda parlament seçkiləri - Hakim partiya öndədir 

Dünya

21 May 2023, 22:58

Yunanıstanda bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, seçkidə istifadə edilən bülletenlərin yarıdan çoxu sayılıb və bu nəticələrə görə, hazırda hakimiyyətdə olan mühafizəkar Yeni Demokratiya partiyası 41%-ə yaxın səs toplayaraq qələbə qazanıb. Ancaq bu səs partiyanın təkbaşına hökumət qurmasına kifayət etməyəcək.

 

2015-2019-cu illərdə hakimiyyətdə olan radikal solçu Syriza partiyası 20,1% səs toplayaraq ikinci yerdə qərarlaşıb.

 

Ölkənin daxili işlər nazirinin məlumatına görə, hakim partiya 300 mandatdan ibarət parlamentdə 145 deputat yeri qazanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV