Modern.az

19 uşağın ölümünə görə 3 gün matəm olacaq

19 uşağın ölümünə görə 3 gün matəm olacaq

Dünya

23 May 2023, 08:54

Qayana prezidenti Mohamed İrfaan ali məktəb yataqxanasında baş verən yanğında 19 uşağın ölümünə görə üçgünlük matəm elan edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

“Xahiş edirəm ki, biz millət olaraq növbəti üç günü bu uşaqlar, onların yaxınları və ictimaiyyət üçün dualara həsr edək”, - mətbuat xidməti prezidentin sözlərini sitat gətirib.

 

Qeyd edək ki, yanğın Madiya şəhərindəki orta məktəbin yataqxanasında baş verib. 18 qız və bir oğlan faciənin qurbanı olub. Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV