Modern.az

Türkiyə yerli "Tayfun" raketini ikinci dəfə sınadı - VİDEO

Türkiyə yerli "Tayfun" raketini ikinci dəfə sınadı - VİDEO

Dünya

23 May 2023, 10:43

Türkiyənin yerli istehsal "Tayfun" ballistik raketi ikinci dəfə sınaqdan keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

 

Raket Rizə-Artvin hava limanından buraxılıb. "Tayfun"un neçə kilometr məsafə qət etdiyi barədə məlumat verilməyib. Ballistik raketin ilk sınağı 18 oktyabr 2022-ci ildə baş tutub.

 

ROKETSAN adlı şirkət tərəfindən istehsal edilən raketlərin tezliklə silahlanmaya qəbul ediləcəyi gözlənilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı