Modern.az

Ukrayna əks-hücum üçün lazımi silaha malikdir

Ukrayna əks-hücum üçün lazımi silaha malikdir

Dünya

23 May 2023, 21:54

Ukrayna əks-hücuma keçmək üçün lazımi silaha malikdir.

 

Modern.az xəbər verir ki, bunu Yaponiyanın NHK telekanalına müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kiril Budanov deyib.

 

O bildirib ki, buna baxmayaraq, rusları Ukraynadan sıxışdırıb çıxarmaq üçün daha çox silaha, xüsusən də Qərb qırıcılarına ehtiyac var.

 

"Bir çox dinc sakin hələ də Rusiyanın işğalı altındadır və artıq vaxt itirmək olmaz. Bizdə artıq lazımi minimum silah var. Yalnız onu deyə bilərəm ki, (əks-hücum-red) tezliklə başlayacaq", - Budanov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV