Modern.az

İsrail Rusiyaya yeni səfir göndərir 

İsrail Rusiyaya yeni səfir göndərir 

Dünya

23 May 2023, 22:11

İsrail Rusiyaya yeni səfir təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, Simona Halperin İsrailin Rusiya Federasiyasındakı səfiri vəzifəsinə təyinat alıb.

 

O, yeni təyinata qədər İsrail Xarici İşlər Nazirliyinin Avrasiya və Qərbi Balkanlar departamentinin rəis müavini vəzifəsində işləyib.

 

İsrailin XİN başçısı Eli Koen xanım Halperinə gələcək vəzifəsində uğurlar arzulayıb.

 

Məlumat üçün bildirək ki, İsrailin Rusiyadakı hazırkı səfiri Aleksandr Ben-Zvi bu vəzifəyə 2020-ci ilin iyulunda təyinat alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV