Modern.az

Lukaşenkodan iddialara cavab: Sakitləşin, öləsi deyiləm

Lukaşenkodan iddialara cavab: Sakitləşin, öləsi deyiləm

Dünya

23 May 2023, 22:45

Belarus lideri Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidmətinə yaxın olan "Pul Povo" kanalı məlumat yayıb.

 

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus, ya nə idi onun adı? Adenovirus”, - Lukaşenko qeyd edib.

 

O, ölmək fikrində olmadığını deyib. Diqqətə çatdırıb ki, son vaxtlar çox sıx qrafiki var: “Ona görə də, uşaqlar, mən öləsi deyiləm".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!