Modern.az

Ukraynaya əks-hücum üçün F-16 verilməyəcək

Ukraynaya əks-hücum üçün F-16 verilməyəcək

Dünya

23 May 2023, 23:19

F-16 qırıcılarının Ukraynaya çatdırılması uzunmüddətli perspektivdə planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücum əməliyyatı üçün qırıcılara ehtiyac yoxdur.

 

“Ukraynaya F-16-ların tədarükü uzunmüddətli müqavilələrdir. Bu F-16-lar qarşıdan gələn əks-hücum üçün əhəmiyyət kəsb etməyəcək”, - deyə Rayder bildirib.

 

ABŞ rəsmisi əlavə edib ki, yaxın həftələr və ya aylar ərzində ukraynalı pilotların F-16-ları idarə etməsi üçün təlim keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!