Modern.az

Ağ Evin qarşısında insident - Maşından nasist bayrağı çıxdı

Ağ Evin qarşısında insident - Maşından nasist bayrağı çıxdı

Dünya

23 May 2023, 23:30

ABŞ-ın paytaxtı Vaşinqtonda gərgin vəziyyət yaranıb.

 

Modern.az xəbər verir ki, adı açıqlanmayan şəxs icarəyə götürdüyü avtomobili Ağ Evin qarşısındakı baryerlərə çırpıb.

 

ABŞ prezidentini qorumaq vəzifəsini yerinə yetirən Gizli Xidmət baryerlərin yerləşdiyi parkı bağlayıb və şübhəli sürücünü saxlayıb.

 

Vaşinqton polisi robotla avtomobildə axtarış aparıb. Maşında heç bir partlayıcı və ya silah tapılmayıb. Lakin nəqliyyat vasitəsində nasist bayrağı aşkar edilib.

 

Şübhəlinin kimliyi və hadisənin səbəbləri hələlik açıqlanmayıb. Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır