Modern.az

ABŞ-dan Moskva görüşü barədə yeni AÇIQLAMA

ABŞ-dan Moskva görüşü barədə yeni AÇIQLAMA

Dünya

24 May 2023, 22:44

ABŞ hansı ölkədə olmasından asılı olmayaraq Azərbaycanla Ermənistan arasında danışıqları dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller sabah Moskvada keçiriləcək üçtərəfli görüşə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, tərəflərin nizamlanma üzrə dialoqu davam etdirməsi üçün Vaşinqton birbaşa təmasları dəstəkləyir.

 

Xatırladaq ki, sabah Moskvada Azərbaycan, Rusiya, Ermənistan liderlərinin görüşü keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri