Modern.az

İmamoğlu bazarda mübahisə etdi - Satıcıya "əxlaqsız" dedi

İmamoğlu bazarda mübahisə etdi - Satıcıya "əxlaqsız" dedi

Dünya

25 May 2023, 17:42

Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Bayrampaşa bazarını ziyarət edən zaman mübahisə yaşanıb.

 

Modern.az xəbər verir ki, bazarda satıcılardan biri ona söz atıb.

 

“PKK-çılar (terror qruplaşması-red) gəlməsin. Onlarla əlaqəli olanları görmək istəmirəm”, - satıcı deyib.

 

İmamoğlu satıcıya sərt cavab verib və onu "əxlaqsız” adlandırıb. Bələdiyyə sədrinin şikayəti ilə ona söz atan şəxs polis tərəfindən nəzarətə götürülüb.

 

İzahatı alındıqdan sonra polis satıcını sərbəst buraxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir