Modern.az

Borel Kosova və Serbiya rəhbərlərini təcili görüşə çağırdı

Borel Kosova və Serbiya rəhbərlərini təcili görüşə çağırdı

Dünya

22 İyun 2023, 17:22

Kosova və Serbiya arasındakı gərginliyin həlli üçün Avropa İttifaqının vasitəçiliyi davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josef Borel bildirib. 

 

“Mən Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurtini mövcud böhrandan çıxış yolu tapmaq üçün Brüsselə təcili görüşə çağırdım. Bizə ölkənin şimalında Kosovo serblərinin iştirakı ilə yeni seçkilər və dərhal gərginliyin aradan qaldırılması lazımdır. Bu, region və Avropa İttifaqı üçün çox vacibdir”, - Borel deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV