Modern.az

Priqojin Putinin tələbini RƏDD ETDİ: Təslim olmayacaq!

Priqojin Putinin tələbini RƏDD ETDİ: Təslim olmayacaq!

Dünya

24 İyun 2023, 13:24

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin açıqlamasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, Putinin yanıldığını vurğulayıb.

 

"Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməklə yanılır", - o deyib.

 

Priqojin silahı yerə qoymayacağını qeyd edib. "Biz Putinin və FTX-nin (Federal Təhlükəsizlik Xidməti - red.) tələbi ilə silahımızı yerə qoymaq fikrində deyilik. Biz korrupsiyanın hökm sürdüyü ölkədə yaşamaq istəmirik".

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV