Modern.az

Voronejdə neft zavodu yanır - VİDEO

Voronejdə neft zavodu yanır - VİDEO

Dünya

24 İyun 2023, 14:12

Rusiyanın Voronej vilayətində neft zavodu yanır.

 

Modern.az bu barədə yerli teleqram kanallarına istinadən xəbər verir.

 

Vilayətin qubernatoru neft anbarının yandığını təsdiqləyib. Qeyd olunub ki, hazırda yanğınsöndürənlər hadisə yerindədir və yanğını söndürməyə çalışırlar. Hadisənin səbəbi açıqlanmayıb.

 

Bəzi teleqram kanalları iddia edir ki, neft anbarı "Vaqner"ə məxsusdur və Rusiya ordusu tərəfindən vurulub.

 

Bundan əvvəl Voronejdə Rusiya Silahlı Qüvvələri ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında döyüşlər getdiyi barədə xəbərlər yayılıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV