Türkiyənin "Titra" şirkəti tərəfindən hazırlanan DƏLİ adlı kamikadze pilotsuz uçuş aparatının (PUA) sınaqları keçirilib.
Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Milli Müdafiə Nazirliyi tərəfindən keçirilən sınaqlar 3 gün davam edib. Konya şəhərində təşkil olunan testlər zamanı PUA hədəfləri dəqiqliklə vurub.
Ötən il ictimaiyyətə təqdim edilən DƏLİ saatda 180 kilometr sürətə malikdir. 3500 metr hündürlükdən uçan PUA 150-500 metr məsafədəki hədəfləri zərərsizləşdirə bilir.


