Modern.az

Putin üçün təhlükə aradan qalxmayıb - Blinken

Putin üçün təhlükə aradan qalxmayıb - Blinken

Dünya

25 İyun 2023, 18:12

ABŞ Rusiya Prezidenti Vladimir Putin üçün potensial təhlükənin aradan qalxmayacağını düşünür.

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CBS telekanalına müsahibəsində deyib.

 

O qeyd edib ki, bu, inkişaf edən bir prosesdir və son pərdə hələ olmayıb: "Prosesi yaxından izləyirik".

 

Blinken onu da bildirib ki, 16 ay əvvəl Rusiya ordusu Kiyevin astanasında idi və şəhəri bir neçə günə alacaqlarını və Ukraynanı müstəqil ölkə kimi xəritədən siləcəklərini düşünürdülər.

 

"Ancaq bu həftəsonu onlar Rusiyanın paytaxtı Moskvanı özlərinin hazırladığı muzdlu əsgərlərdən müdafiə etməli olublar", - deyə o vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV