Modern.az

Sudanda döyüşlər zamanı 12 nəfər öldü

Sudanda döyüşlər zamanı 12 nəfər öldü

Dünya

25 İyun 2023, 23:22

Sudanda nizami ordu ilə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri arasında qarşıdurma 11-ci həftədir ki, davam edir.

 

Modern.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Bildirilir ki, Cənubi Darfurda döyüşlər nəticəsində bu gün azı 12 mülki şəxs həlak olub. 

 

Qiyamçı qüvvələr paytaxt Xartumda polis bölməsinin qərargahının ələ keçirildiyini elan edib.

 

BMT yanında Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, münaqişə nəticəsində 2 milyona yaxın insan ölkə daxilində didərgin düşüb, 600 minə yaxın insan qonşu ölkələrə qaçıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV