Modern.az

Quranın yandırılmasına görə daha bir ölkədən ETİRAZ

Quranın yandırılmasına görə daha bir ölkədən ETİRAZ

Dünya

1 İyul 2023, 12:47

İsveçin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdəki səfiri Liselotte Anderson Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, onunla xarici işlər nazirinin müavini Cerrah Cabir əl-Əhməd əs-Sabah görüşüb.

 

Stokholmdakı məscidlərdən birinin qarşısında müqəddəs Quranım yandırılmasına görə Andresona etiraz notası verilib. İsveç belə hərəkətlərə icazə verilməməsi üçün məsuliyyətli olmağa və bu cür halların təkrarlanmaması üçün ciddi addımlar atmağa çağırılıb.

 

Hadisə ilə əlaqədar Küveytin xarici işlər naziri Səlim Abdulla əl-Cabir əs-Sabahın isveçli həmkarı Tobias Billström ilə telefon danışığı apardığı da bildirilir.

 

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb.

 

Aksiyadan dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV