Modern.az

Keçmiş prezidentə siyasi qadağa qoyuldu

Keçmiş prezidentə siyasi qadağa qoyuldu

Dünya

1 İyul 2023, 10:18

Braziliya Ali Seçki Şurası keçmiş prezident Jair Bolsonaronun 8 il seçkilərə qatılmasını qadağan edib.

 

Modern.az xəbər verir ki, Bolsonaro ötən il keçirilən prezident seçkilərində vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilinib.

 

Buna səbəb onun seçkilərdə istifadə edilən elektron seçki qutularının saxtakarlığa açıq olduğunu iddia etməsi olub.

 

Bolsonaronun vəkillərinin qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir. 

 

Apellyasiya məhkəməsi qərarı dəyişməsə, Bolsonaro 2026-cı ildə keçiriləcək seçkilərə qatıla bilməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV