Modern.az

Putin Fələstin lideri ilə danışıqlar apardı 

Putin Fələstin lideri ilə danışıqlar apardı 

Dünya

1 İyul 2023, 16:40

Rusiya prezidenti Vladimir Putin ilə Fələstin dövlət başçısı Mahmud Abbas arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, M.Abbas  24 iyun hadisələri zamanı Rusiya hakimiyyətinin konstitusiya quruluşunu və qanunları qorumaq üçün atdığı addımları tam dəstəklədiyini bildirib.

 

Telefon danışığı zamanı liderlər Rusiya ilə Fələstin arasında münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı razılığa gəlib.

 

Rusiya tərəfi mövcud beynəlxalq hüquq normaları əsasında Fələstin-İsrail məsələsinin ədalətli və davamlı həllinin tapılması ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV