Modern.az

Zelenski Bolqarıstana getdi

Zelenski Bolqarıstana getdi

Dünya

6 İyul 2023, 13:14

Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstana səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında bildirib.

 

“Sofiyadayam. Bolqarıstan Baş nazir Nikolay Denkovla əsaslı danışıqlar aparacağam, Prezident Rumen Radev, hökumət rəsmiləri, parlamentarilər, siyasətçilər və jurnalistlərlə görüşəcəyəm. Müdafiə dəstəyi, Ukraynanın Avro-Atlantik məkana inteqrasiyası, NATO Sammiti, təhlükəsizlik zəmanətləri və Sülh Formulasının həyata keçirilməsini müzakirə edəcəyəm", - Zelenski vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!