Ekvadorun ən böyük həbsxanası olan Litoralda baş verən qiyam nəticəsində 31 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Ekvador Baş Prokurorluğu məlumat yayıb.
Xəsarət alanlardan 14 nəfərin isə müalicəsi davam etdirilir.
Qeyd edək ki, qiyamın ölkədəki digər həbsxanalara da sirayət etməsi səbəbindən Prezident Guillermo Lasso bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan edib.