Modern.az

İtlər üçün xüsusi teatr yaradıldı

İtlər üçün xüsusi teatr yaradıldı

Dünya

3 Avqust 2023, 09:15

Maltada itlər üçün teatr yaradılıb və ilk dəfə heyvanlara xüsusi tamaşa nümayiş etdirilib.

 

Modern.az xəbər verir ki, rejissorlar və aktyorlar itlərin sahibləri və digər ev heyvanları haqqında tamaşa hazırlayıblar.

 

Səhnə nümayişi zamanı itlər rahatlaşdırıcı səslərə - uşaqların söhbətlərinə, sakit zərb alətlərinə qulaq asıblar.

 

İt sahiblərindən tamaşaya gələrkən özləri ilə yemək, su və təmizlik çantası gətirmələri tələb edilib. Tamaşa zamanı teatrda təlimçilər və həkimlər növbətçilik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...