Modern.az

Rusiyada ağır yol qəzası - 5 ölü

Rusiyada ağır yol qəzası - 5 ölü

Dünya

27 Avqust 2023, 10:07

Rusiyanın Xabarovsk diyarında “KAMAZ”ın aşması nəticəsində 5 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin saytında məlumat verilib.

 

“İlkin məlumatlara görə, “KAMAZ” markalı avtomobilin Albazindən Xarpiçan kəndi istiqamətində hərəkətdə olan 1978-ci il təvəllüdlü sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb”, - məlumatda bildirilib.

 

Avtomobildəkilər rayon müəssisələrindən birinin işçiləri olub. Qəza nəticəsində sürücü və 4 sərnişini (1968, 1978, 1989, 1992-ci il təvəllüdlü) təcili yardım gələnə kimi ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu