Modern.az

Britaniyanın yeni müdafiə nazirindən İLK AÇIQLAMA - Ukrayna barədə...

Britaniyanın yeni müdafiə nazirindən İLK AÇIQLAMA - Ukrayna barədə...

Dünya

31 Avqust 2023, 14:24

Böyük Britaniyanın yeni müdafiə naziri Qrant Şapps ilk açıqlamasını verib.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, o, çıxışını Ukraynaya həsr edib.

 

Nazir Kiyevə yardımı prioritetlər sırasına daxil etdiyini xüsusi vurğulayıb.

 

“Ölkəmizin təhlükəsizliyini qoruyan Silahlı Qüvvələrimizin igid kişi və qadınları ilə Müdafiə Nazirliyində əməkdaşlığı səbirsizliklə gözləyirəm. Və Putinin vəhşi işğalına qarşı mübarizədə Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirir”, - o qeyd edib.

 

Xatırladaq ki, Şapps bu gün istefa verən Ben Uollesi əvəzləyib. O, təyinata qədər energetika naziri postunu tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu