Modern.az

Ermənistan müxalifəti kütləvi mitinqlərə hazırlaşır

Ermənistan müxalifəti kütləvi mitinqlərə hazırlaşır

Dünya

31 Avqust 2023, 15:52

Ermənistan müxalifəti sentyabrın 2-ə mitinq çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

 

Mitinq İrəvanın "Azatutyun" meydanında keçiriləcək. Məlumata görə, mitinqində ölkənin ikinci prezidenti Robert Köçəryan da iştirak edəcək. Bu barədə onun ofisinin koordinatoru Baqrat Mikoyan məlumat verib.

 

Mitinq Paşinyan hakimiyyətinin Qarabağ siyasətinə etiraz xarakteri daşıyacaq. Daşnaksütyun Partiyasının funksioneri, müxalif "Hayastan" blokunun deputatı İşxan Saqatelyan "Ermənistanın və Qarabağın taleyindən narahat olan bütün vətəndaşları" aksiyada iştirak etməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır