Modern.az

XİN başçıları "Taxıl sazişi" barədə nə danışdılar...

XİN başçıları

Dünya

31 Avqust 2023, 21:23

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla "Taxıl sazişi"ni müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, birgə mətbuat konfransında danışıb.

 

Fidanın sözlərinə görə, taxıl müqaviləsinin bərpası qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir.

 

"Biz Qara dənizdə qlobal ərzaq təhlükəsizliyi və sabitlik üçün sazişin kritik rolunu vurğuladıq", - o qeyd edib.

 

Nazir vurğulayıb ki, BMT Türkiyə ilə birlikdə taxıl sazişinin bərpası üçün əsas ola biləcək yeni təkliflər hazırlayıb.

 

Lavrov da öz növbəsində bildirib ki, hazırda dünyada ərzaq böhranı yoxdur və Qərb Rusiyanın taxıl müqaviləsi çərçivəsində irəli sürdüyü şərtlərə konstruktiv yanaşmaq istəmir.

 

Lavrov Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda görüşəcəyinidə bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu