Modern.az

Rusiya İrana təlim-döyüş təyyarələri verdi

Rusiya İrana təlim-döyüş təyyarələri verdi

Dünya

3 Sentyabr 2023, 13:20

Rusiya istehsalı olan “Yak-130” təlim-döyüş təyyarələri İrana çatdırılıb.

 

Modern.az İRNA dövlət agentliyinə istinadən xəbər verir ki, Rusiyanın “Yak-130” təyyarələri İrana gətirilib və bu ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Bu təyyarələr İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarını idarə edəcək yeni pilotların hazırlanmasında istifadə olunacaq.

 

Agentlik İrana nə qədər təyyarənin gətirildiyi barədə məlumat verməyib. Rəsmi qurumlar “Yak-130”un ölkəyə gətirilməsini hələlik təsdiqləməyib.

 

Qeyd edək ki, “Yak-130”, 4-cü və 5-ci nəsil təyyarələrdə uçuş heyətinin pilotluğu və döyüş hazırlığı üçün nəzərdə tutulmuş iki yerlik reaktiv döyüş hazırlığı təyyarəsidir. Çevik proqram təminatı “Yak-130”a müxtəlif təyyarələrin, o cümlədən ağır “Su-35S” və “Su-57” qırıcılarının havada davranışını simulyasiya etməyə imkan verir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu