Modern.az

Dünya əhalisinin 33%-nin internetə çıxışı yoxdur

Dünya əhalisinin 33%-nin internetə çıxışı yoxdur

Dünya

13 Sentyabr 2023, 10:00

Dünyada təxminən 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqı məlumat verib.

 

BTİ internetə qoşulmayan insanların sayının ildən-ilə azaldığını vurğulayıb. Məlumata görə, 2022-ci ildə internetə qoşulmayan insanların sayı 2,7 milyard olub.

 

Qeyd olunur ki, dünyada 67% insan internetə qoşulur.

 

BTİ-nin məlumatına görə, internetə çıxışı olan insanların sayında ən sürətli artım aşağı gəlirli ölkələrdə müşahidə olunur. Bu ölkələrdə 2022-ci ildə internet istifadəçilərinin sayı 17% artıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu