Haaqa Beynəlxalq Məhkəməsində Ukraynanın Rusiyaya qarşı iddiası üzrə dinləmələr başlayacaq.
Modern.az xəbər verir ki, iddia 2022-ci ilin fevralında Ukraynadakı hərbi əməliyyatla bağlı Soyqırım Konvensiyasını pozduğuna görə göndərilib.
Məhkəmə iclasları sentyabrın 27-dək davam edəcək. Bugünkü dinləmələr Rusiya Federasiyası tərəfindən qaldırılan ilkin etirazlara həsr olunub. Fevralın 19-da Ukrayna tərəfinə söz veriləcək. Sentyabrın 20-də məhkəmədə iştirakına icazə verilən digər ölkələr də dinləniləcək. Bunlara Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Almaniya, Danimarka, İrlandiya, Kanada, Lüksemburq, Hollandiya, Slovakiya, Finlandiya, Xorvatiya, Çexiya, İsveç, Estoniya daxildir.
2022-ci ilin martında məhkəmə Rusiya Federasiyasını Ukrayna ərazisində hərbi əməliyyatı dayandırmağa çağırıb, həmçinin hər iki tərəfi məhkəməni gecikdirə biləcək hər hansı hərəkətdən çəkinməyə çağırıb. Oktyabr ayında Rusiya məhkəmənin yurisdiksiyasına və iddianın məqbul olmasına dair ilkin etirazlar irəli sürüb.
2023-cü ilin iyulunda Haaqada Ukraynada Cinayətlərin Araşdırılması üzrə Beynəlxalq Mərkəz fəaliyyətə başlayıb. Kreml beynəlxalq tribunalı qeyri-legitim hesab edir.